ƏməkdaşlarımızHəkim məsləhətiVideo

DİETASIZ DİETA — HƏKİM PEDİATR DİETOLOQ RENA BAYRAMOVA İLƏ SOMATOTROPİNİN SİRLƏRİ HAQQINDA

Əziz izləyicilər, bu gün və bundan sonra artıq sizinlə maraqlı mövzulardan həm də burada müzakirə edəcəyik…
Mən dietoloq olsam da, öncə uşaq kardioloq, pediatr olduğum ücün bir çox şeyləri hüceyrə səviyyəsində öyrənməyi və öyrətməyə çalışıram… çünki hər bir insan öz bədənindəki problemləri aradan qaldırması üçün öncə problemin səbəbini öyrənməlidir..

Yazdığım diet programı- əslində dietsiz bir dietdir… mən insanları gözəl həyat tərzinə çağırıram… və mənimlə insanlar dəyişir?

Həyat tərzinizi dəyişin deyəndə, mütləg addımlara çıxın, aktiv olun, passiv heyat — xestelikdir və niye belədir, başa saldığım ücün mənimlə olan gruplarda olan insanlar 180 dərəcə dəyişir və buna görə çox sevinirəm…
Bu gün amillərimnən birini danişmag istedim… gözəl YUXU bizə nə verir?!

Gecə saat 23:00 də gelir ğözəl yag dağıdıcı hormon- SOMATOTROPİN!
Gəlir və bir saata 150 qram piy toxumanı mehf edir‼️
Uşaq vaxtımızda SOMATOTROPİN ın başka işi var idi…

✍️ Somatotrop hormon — hipofiz vəzinin ön payındakı asidofil somatotrof hüceyrələr tərəfindən sintez olunur. Əsas funksiyası anadan olandan yetkinlik yaşına qədər orqanizmin böyüməsini formalaşdırmaqdır‼️Somatotrop hormon bir çox toxumalarda öz funksiyasını qaraciyər tərəfindən sintez olunan somatomedin C vasitəsilə icra edir. Sümüklərin və yumşaq toxumaların böyümə və inkişafını sürətləndirir‼️

Müsbət azot və fosfor balansını təmin etməklə, sidik cövhərinin miqdarını azaltmaqla zülal sintezini aktivləşdirir‼️
Böyüməkdə olan toxumaların ionlara tələbatı artdığı üçün somatotropin natrium və kalium ionlarının sidiklə ekskresiyasını azaldır, kalsiumun bağırsaqlardan sorulmasını artırır‼️

Bu hormon piy toxumasında yağların parçalanmasını və nəticədə yaranan yağ turşularının mobilizasiyasını, əzələ və qaraciyər (burda yağ turşularından qlükoza sintez olunur) toxumaları tərəfindən mənimsənilməsini aktivləşdirir‼️

Somatotrop hormon qanda qlükoza miqdarına insulinin əksinə təsir göstərir, qlükozanın toxumalar tərəfindən mənimsənilməsini azaldır‼️

T-limfosit miqdarını artırmaqla immun sistemə təsir edir, tər ifrazını artırır‼️

Fiziki iş, normal gecə yuxu, zülalla zəngin qida qəbulu zamanı somatotrop hormonun miqdarı artır.
Amma bilmək lazımdır ki, Somatotop hormonun miqdarının çox lazımsız artması yetkinlik yaşına çatana kimi -giqantizm, yetkinlik yaşından sonrakı periodda — akromeqaliya ilə nəticələnir. Uşaqlarda bu hormonun defisiti nəticəsində- karliklik (cırtdanboyluluq) yaranır.

20 yaşdan yuxarı olan bütün insanların qanında olan SOMATOTROPİN artıg yag dagıdıcı funksiyasını görür və ondan faydalanmaq ücün gərək SİZ vaxtında yatasınız
Təbiyi ki, amillərim çoxdur və Sizlərlə paylaşacam! İstəyirəm ki, məni tanıyan insanlar artıg mənim kimi düşünməyi bacarsınlar…
Hər zaman Sizin doktorunuz
Rena Bayramova ✍️

Həkim Pediatr Dietoloq Rena Bayramova ilə əlaqə vasitələri aşağıdakı kimidir İnstagram:

https://www.instagram.com/dr_nutris_pediatr_dietoloq/

Telefon: 0708688216

Etiketlər
Daha çox

Elgün Həbibov

1992-ci il 5 mart tarixində dünyaya gəlmişdir. 2010-cu ildə Azərbaycan Texnologiya Universitetinə "Sənayenin təşkili və idarə edilməsi" fakültəsinə daxil olmuş və 2014-cü ildə təhsilini bitirmişdir. 20 ildən artıq bir müddətdə Proqramlaşdırma, Dizayn, SMM və SEO xidmətləri sahəsində praktika keçmiş və yüksək təcrübə qazanmışdır. Saglam.tv saytı yarandığı gündən fəaliyyətində qatqıları olmuşdur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»
Закрыть