MəlumatSağlamlıq

Bənzədiyi orqana xeyirli olan qidalar — SİYAHI

Onların bənzədikləri orqanlara xeyirli olduğu da deyilir

Gündəlik həyatımızda istifadə etdiyimiz qidalara baxdıqda bir çoxunun orqanlarımıza oxşadığını demək mümkündür. Onların bənzədikləri orqanlara xeyirli olduğu da deyilir.

Saglam.Tv saytı Publika.az-a istinadən həmin qidaların siyahısını təqdim edir.

1) Pomidor — əgər pomidoru kəssəniz, bu tərəvəzin quruluşca ürəyə oxşadığını görə bilərsiniz. Pomidorun tərkibində likopen adlanan antitoksidləşdirici maddə var. Buna görə də onu yeyən kişi və qadınlarda ürək xəstəlikləri riskinə daha az rast gəlinir. Əgər pomidoru zeytun yağı ilə qarışdırsanız, vücudunuzun likopen ehtiyacını 10 qat artıra bilərsiniz.

2) Kök — kökü yarıya böldükdə onun gözə bənzədiyini görmək mümkündür. Tərəvəzin tərkibi antioksidant və bir çox vitaminlərlə zəngindir. Bu da yaşlı insanlarda görmə probleminin aradan qalxmasına kömək edir.

3) Qoz — görünüşcə beynə çox bənzəyir. Çərəz beyin funksiyasını dəstəkləyən Omeqa-3 ilə zəngindir.

4) Zəncəfil — ishalın qarşısını alır.

5) Portağal — xərçəngin qarşısını alır, qanı təmizləyir, cildi gözəlləşdirir.

6) Fındıq – dəmir, kalsium və maqneziumla zəngindir. Tərkibində E vitamini və Omeqa-3 yağı da var.

7) Badam – tərkibindəki yağlar arıqlamağı asanlaşdırır. Gün ərzində 10-15 ədəd badam qəbulu aclıq hissini azaldır.

8) Kivi — göz bəbəyinə bənzəyir. C və E vitamini ilə zəngindir. Görmə probleminin qarşısını alır.

Daha çox

Elgün Həbibov

1992-ci il 5 mart tarixində dünyaya gəlmişdir. 2010-cu ildə Azərbaycan Texnologiya Universitetinə "Sənayenin təşkili və idarə edilməsi" fakültəsinə daxil olmuş və 2014-cü ildə təhsilini bitirmişdir. 20 ildən artıq bir müddətdə Proqramlaşdırma, Dizayn, SMM və SEO xidmətləri sahəsində praktika keçmiş və yüksək təcrübə qazanmışdır. Saglam.tv saytı yarandığı gündən fəaliyyətində qatqıları olmuşdur.

Oxşar yazılar

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»
Закрыть