SağlamlıqVideo

Sağlamsınız?

Elmi izaha görə, sağlam olmaq – tam fiziki, mənəvi, ruhi tarazlıqdır. Sağlam olmaq təkcə hər hansı ağır xəstəliyin olub-olmaması ilə ölçülmür.

Bir çox xəstəliklər var ki, gizli gedir, əlamət vermir, illərlə özünü göstərmir, amma insan özünü normal sağlam hesab edir.

Bir insanın fiziki sağlam olduğunun əsas 5 əlamətini təqdim edirik:

1. Həzm sisteminiz saat kimi işləyir

Normal həzm odur ki, insan normal qidalanır, iştahı, dadbilməsi var, yediklərini həzm edir, tualetə normal gedir, nəcis norma həddindədir, qarnında qida qəbulundan sonra heç bir ağırlıq, köp olmur. İnsan yediyindən həzz alır və doyur.

2. Bədəninizdən pis və kəskin qoxu gəlmir

Hər bir insanın özünəməxsus qoxusu var. Amma kəskin, xoşagəlməz, kənardan hiss olunan qoxular orqanizmdə hormonal, maddələr mübadiləsi və mineral pozulmasına işarədir.

Ağızdan qoxu bakteriya, diş, damaq, mədə-bağırsaq problemini göstərir. Sağlam insanın qoxusu neytral olmalıdır.

3. Gün ərzində gümrahsız

Tez yorulmaq, bir iş görmədən halsızlıq, zəiflik, səbəbsiz usanmalar artıq həyəcan siqnalıdır. Sağlam adam işdən axşama yaxın yorulur, yuxuya normal, tədricən gedir, səhər isə gümrah oyanmalıdır.

Halsızlıq, tez yorulma ürək, hormonal problem, vitaminsizlik əlamətidir.

Yorğunluğu qida, yatmaq, istirahət azaltmırsa, deməli, problem dərindir.

4. Yuxunuz normaldır, tədricən yuxuya gedib, tədricən də ayılırsız

Alimlər bildirir ki, yastığa başını qoyan kimi yatmaq ciddi yorğunluq və halsızlığın əlamətləridir. Normal sağlam insan tədricən, 15 dəqiqə ərzində yuxuya getməlidir və eləcə də yuxudan qəfil oyanmamalıdır.

Yuxuda gecə yarı oyanmaq, öskürək, boğulma, xorultu – sağlam insanda olmamalıdır. Tez-tez sidiyə getmək də xəstəlik əlamətidir: qan dövranı pozğunluğu, ürək, böyrək və şəkər.

Əgər səhər saatın, zəngin səsinə reaksiya verib, dərhal oyanmırsızsa, elə yatmaq istəyirsizsə, siz tükənmiş insansınız.
Normal yuxu 7-8 saatdır.

5. Dəriniz təmiz, saç və dırnaqlarınız möhkəmdir

Qədimdə insanın xəstə olub olmamasını birinci dırnaqları, dişi və dərisinin vəziyyəti ilə təyin edirdilər.
Əgər dırnaqlar laylanıb qırılırsa, rəngi çəhrayı deyilsə, dəri quru, iltihablı, səpkilidirsə, bir neçə daxili probleminiz var.

Daha çox

Əlibəy Şahverdiyev

1995-ci il may ayının 16-da anadan olmuşdur. 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirmişdir. Qrinviç Tədris mərkəzi(2015-2016) İngilis dili müəllimi, Avropa oyunları 2015(2015) M.O.K asistenti, Samux rayon Heydər Əliyev Mərkəzi(2016) İ.T. mütəxəssisi işləmişdir. Global Connections & Exchange Program Azerbaijan(2010) Schools Online, Əlil İnsanların Ali təhsilə intteqrasiyası(2015) ESFİDİP, Avro-Atlantik Təhlükəsizlik və Azərbaycan – NATO tərəfdaşlığı “Keçmişə baxış və gələcək perspektivlər”(2013) NİSA - İxtisas artırma təhsili keçmişdir. Saglam.tv saytı yarandığı gündən fəaliyyətində qatqıları olmuşdur. Hazırda Saglam.Tv saytının Baş Redaktoru vəzifəsində çalışır.

Oxşar yazılar

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»
Закрыть