Sağlamlıq

Feyxoa haqda bilmədiklərimiz…

 

Subtropik meyvə olan feyxoanın vətəni Braziliyadır. Məhz Braziliyada yerli alim və seleksioner Silva Feyxo ilk dəfə bu görkəmsiz bitkiyə fikir verib, onun faydalarını araşdırıb və qidalanmamıza daxil edib. Daha sonra meyvəyə onu ilk kəşf edənin adı verilib — feyxoa. Feyxoa çox az ölkələrdə yetişdirilir. Bu mənada bizim bəxtimiz gətirib. Mütəxəssislər Azərbaycanda yetişdirilən feyxoanı çox faydalı hesab edirlər. Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvədir.

Feyxoanın insan sağlamlığına faydaları saymaqla bitmir. Məsələn, bu meyvənin əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır.

Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.

Bu zaman 11 kq şəkər və 1 kq feyxoanı ət çəkən maşından keçirmək və şüşə qaba yığıb, feyxoa, şirəsini tam buraxana qədər gözləmək lazmdır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək, 10 gün qəbul edib 10 gün istirahət etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir.

 

Kimlər üçün ziyan ola bilər:

Təkibində yod çox olduğundan, hipertireozu olan insanlar üçün (qalxanvari vəzin funksiyası yüksək olan) təhlükəli ola bilər. Qalxanvari vəzinin hiperfunksiyasını ağırlaşmaması üçün , feyxoadan ümumiyyətlə imtina etmək məsləhətdir.

Yod normadan çox olduqda yüksək sinir gərginliyi, yorğunluq, ürəkdöyünmə və dəyişən hərarət kimi hallara gətirə bilir.

Bu məhsul həmçinin şəkər xəstələri üçün əks göstərişlidir. Buna səbəb meyvənin tərkibində saxarozanın çox olmasıdır. Tərkibində pektinin yüksək miqdarda olması, bu xüsusiyyəti tarzlaya bilməsi kimi, fikirlərin olmasına baxmayaraq, həkimlə məsləhətləşmək yaxşı olardı.

Nəzərə almaq lazımdır ki, feyxoa allergik reaksiyalara səbəb ola bilər.

Etiketlər
Daha çox

Əlibəy Şahverdiyev

1995-ci il may ayının 16-da anadan olmuşdur. 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirmişdir. Qrinviç Tədris mərkəzi(2015-2016) İngilis dili müəllimi, Avropa oyunları 2015(2015) M.O.K asistenti, Samux rayon Heydər Əliyev Mərkəzi(2016) İ.T. mütəxəssisi işləmişdir. Global Connections & Exchange Program Azerbaijan(2010) Schools Online, Əlil İnsanların Ali təhsilə intteqrasiyası(2015) ESFİDİP, Avro-Atlantik Təhlükəsizlik və Azərbaycan – NATO tərəfdaşlığı “Keçmişə baxış və gələcək perspektivlər”(2013) NİSA - İxtisas artırma təhsili keçmişdir. Saglam.tv saytı yarandığı gündən fəaliyyətində qatqıları olmuşdur. Hazırda Saglam.Tv saytının Baş Redaktoru vəzifəsində çalışır.

Oxşar yazılar

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»
Закрыть