Sağlamlıq

Darçının fadaları

  Darçın Hindistanda, Misirdə və bəzi digər isti ölkələrdə bitən “sinnamon” ağacın qabığıdır. Ağacların qabığı soyulur və qurudulur. Qurumuş qabıq burulur və kiçik borucuq formasını alır. Darçın həm belə kiçik borucuqlar, həm də üyüdülmüş şəkildə satılır.
Darçın efir yağları, antioksidantlar, vitamin (B qrupu, fol turşusu və s.) və mikroelementlərlə (maqnezium, dəmir, kalsium) zəngindir.

O , bir çox müalicəvi təsirlərə malikdir. Məsələn, bədəndən ziyanlı maddələri xaric edir. Lakin onun müalicəvi təsirləri bununla bitmir. Yerində və lazım olan miqdarda istifadə olunan darçın beyin, ürək və qaraciyər üçün faydalıdır. O demək olar ki, bütün daxili orqanlara qüvvət verir.

Darçını “təbii antibiotik” adlandırırlar. Nadir xüsusiyyətlərinə malik olan bu ədviyyat müxtəlif bakteriyalar, viruslar və göbələklərlə uğurla mübarizə aparır. Bu bakteriyaların arasında: mədə və 12 barmaq bağırsağı xorasına səbəb olan Helicobacter pilori bakteriləri, bağırsaq çöpü və s. və həmçinin Candida göbələkləridir.

İltihabəleyhinə təsirinə malik olan darçın soyuqdəymə və qrip zamanı uğurla istifadə oluna bilər. İlıq suya 1 çay qaşığı bal və 1/4 qaşığı darçın əlavə edin və gün ərzində 3 dəfə için.
Darçın insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Bu ədviyyat mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir – mədənin fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır, antiseptik təsir edir. Darçın beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Uşaqlara müxtəlif sıyıqlar, un məmulatları bişirdikdə ora mütləq darçın əlavə edin. Darçın orqanizmi artıq xolesterindən təmizləyir. Darçın qanı duruldur, damarlarda trombların əmələ gəlməsinə mane olur. Şəkərli diabet xəstəliyi olan insanlara da darçın xeyir gətirə bilər. Darçın qanda şəkərin səviyyəsini aşağı salır.

Etiketlər
Daha çox

Əlibəy Şahverdiyev

1995-ci il may ayının 16-da anadan olmuşdur. 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirmişdir. Qrinviç Tədris mərkəzi(2015-2016) İngilis dili müəllimi, Avropa oyunları 2015(2015) M.O.K asistenti, Samux rayon Heydər Əliyev Mərkəzi(2016) İ.T. mütəxəssisi işləmişdir. Global Connections & Exchange Program Azerbaijan(2010) Schools Online, Əlil İnsanların Ali təhsilə intteqrasiyası(2015) ESFİDİP, Avro-Atlantik Təhlükəsizlik və Azərbaycan – NATO tərəfdaşlığı “Keçmişə baxış və gələcək perspektivlər”(2013) NİSA - İxtisas artırma təhsili keçmişdir. Saglam.tv saytı yarandığı gündən fəaliyyətində qatqıları olmuşdur. Hazırda Saglam.Tv saytının Baş Redaktoru vəzifəsində çalışır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close