LoğmanSağlamlıq

Soyuqdəyməni müalicə edən UCUZ VASİTƏ

Kamfora yağı müxtəlif iltihablar və ağrılar zamanı istifadə olunan təbii müalicəvi vasitədir.

Kamfora yağı soyuqdəymənin müalicəsində çox uğurla istifadə olunur.

Soyuqdəymənin ilk simptomlarında 10 damcı kamfora yağı əlavə olunmuş isti vanna qəbul etmək yaxşı effekt verir.

Soyuqdəymənin simptomlarından biri zökəmdir. Zökəm zamanı burnunuza kamfora yağını (1-2 damcı) damızdırın.

Kamfora yağı bronxit və öskürəyi də yaxşı müalicə edir. Kamfora yağında əski isladın, döş qəfəsinə qoyun və yun şərf və ya şalla bədəninizə bərkidin. Belə kompresi yatmazdan əvvəl etmək lazımdır. Xəstə bu kompreslə yatmalıdır.

Kamfora qulaq iltihabı zamanı (otit) da çox yaxşı kömək edir. Bunun üçün tənzif kamfora yağında isladılır (yağı əvvəlcədən isti suda bir qədər isindirin), qulağın ətrafında (qulağın içinə yox!) kompres şəklində qoyulur. Daha sonra qular qalın pambıq qatı ilə örtülür və üzərinə tənzif sarıq qoyulur. Kompresi 2 saat ərzində saxlamaq lazımdır. Nəzərinizə çatdıraq ki, belə kompres yalnız xəstəliyin əvvəlində müsbət effekt verə bilər. Belə kompresləri uşaqlara da qoymaq olar. Lakin bunu etməzdən əvvəl mütləq pediatrla məsləhətləşin.

Milli.Az

Daha çox

Əlibəy Şahverdiyev

1995-ci il may ayının 16-da anadan olmuşdur. 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirmişdir. Qrinviç Tədris mərkəzi(2015-2016) İngilis dili müəllimi, Avropa oyunları 2015(2015) M.O.K asistenti, Samux rayon Heydər Əliyev Mərkəzi(2016) İ.T. mütəxəssisi işləmişdir. Global Connections & Exchange Program Azerbaijan(2010) Schools Online, Əlil İnsanların Ali təhsilə intteqrasiyası(2015) ESFİDİP, Avro-Atlantik Təhlükəsizlik və Azərbaycan – NATO tərəfdaşlığı “Keçmişə baxış və gələcək perspektivlər”(2013) NİSA - İxtisas artırma təhsili keçmişdir. Saglam.tv saytı yarandığı gündən fəaliyyətində qatqıları olmuşdur. Hazırda Saglam.Tv saytının Baş Redaktoru vəzifəsində çalışır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close