Sağlamlıq

Ağızdan nəfəsalma zərərli adətin əlamətidir?

Ağızdan nəfəsalma naxoşluğun və ya zərərli adətin əlaməti ola bilər. Burundan normal nəfəsalmada hava tozdan filtirlənir, istilənir (və ya soyuyur, ətraf mühitin temperaturundan asılı olaraq) və nəmlənir.

Milli.Az axar.az-a istinadən bildirir ki, müntəzəm olaraq ağızdan nəfəsalma dodaqları və ağızın selikli qişasını qurudur, bu da çatların əmələ gəlməsinə və infeksiyanın düşməsinə şərait yaradır.

Adenoiditlər: Udlağın arxa divarında limfa toxumalarının böyüməsini (badamcıqlar) adinoiditlər adlandırırlar. Badamcıqlarının böyüməsi boğaz və burunun nəfəs yollarının xroniki soyuqdəyməsi ilə bağlıdır. Adenoiditlər havanın burundan keçməsinə, xüsusilə də yuxu zamanı, mane ola bilərlər. Bu uşaqda halsızlıq, dodaqların və ağız boşluğunun quruması, udlağın soyuqdəyməsi, daimi zökəm, yuxuda xoruldamaq, “tıntınlıq” kimi hallara gətirir və nəfəsalma çətinləşir. Uşaq həm də öskürək, orta qulağın xroniki soyuqdəyməsi, dadbilmə qabiliyyətinin pozulmasından da əziyyət çəkir. Ağızın daimi açıq olması səbəbindən üzdə ifadəsiz baxış əmələ gəlir.

Yardım: Uşağı qulaq-burun-boğaz həkiminə (həkim – otolarinoloq) göstərmək vacibdir. Adenoiditləri konservativ (dərman vasitəsi) və ya cərrahi üsulla müalicə edirlər.

Allergik zökəm: Ağızdan nəfəsalma burunun selikli qişasında əmələ gələn allergiyanın nəticəsi ola bilər. Mövsümi (fəsli) allergiyada (pollinos) antigen allergen bitkilərin tozudur. Digər hallarda allergiyaya süd, yumurta, balıq və digər ərzaq məhsullarının, dərman, bakteriya, parfümeriya antiqenləri səbəb olur. Simptomlara burunun və gözün selikli qişalarının qıcıqlanması, asqırmaq, burundan çoxlu seliyin axması və gözlərin yaşarması da daxildir.

Yardım: Birinci növbədə uşağı allerqen mənbəyindən təcrid etmək lazımdır. Qidada allergiyaya səbəb olan ərzaqları istifadə etməmək. Uşağı mümkün qədər allergiyanı əmələ gətirən bitkilər olmayan yerə aparmalıdır.

Burun çəpərinin inkişafı deffektləri: burun çəpərininnin gözəçarpacaq dərəcədə əyruliyi bir və ya iki tərəfli burunla nəfəsalma çətinləşir. Ağızdan nəfəsalmanın nəticəsində uşaq daima ağız boşluğunda quruluq hiss edir, tez – tez zökəm, baş ağrıları, burun qanaxması, qoxu hissiyatının pozulması (iybilmə) kimi vəziyyətlərdən əziyyət çəkir. Buruna toxunma belə ağrı verir.

Yardım: uşağın burun çəpərinin defektinin aradan götürülməsi üçün kosmetik əməliyyata ehtiyyacı var.

Burunda yad cisim: kiçik yaşlı uşaqların buruna düymə, tum, kürəcik və sairə kimi kiçik əşyaların sala bilməsi hallara rast gəlmək olur. Bu zaman ağızdan nəfəsalmadan əlavə burunun selikli qişasının qıcıqlanması nəticəsində çoxlu ifrazat axır. Burundan gələn ifrazat pis iyli və qanlı olur.

Yardım: birtərəfli burun keçəcəyindən yad cismin çıxarılması üçün həkim otolarinoloqun köməyi vavibdir. Bunu özünüz etməyə çalışmayın çünki, bu zaman yad cisimi daha da dərinliyə, nəfəs yollarına itələyə bilərsiniz.

Burunda urlar: selikli qişa üzərində xoş xassəli şişlərdir. Ağızdan nəfəsalmadan əlavə burundakı urlar, xroniki zökəm, asqırmaq, baş ağrıları, iybilmə qabiliyyətin pisləşməsi ilə özünü büruzə verir. Uşağın burnundan daima selik axır.

Yardım: urlar ancaq cərrahi yolla çıxarılır.

Milli.Az

Daha çox

Elgün Həbibov

1992-ci il 5 mart tarixində dünyaya gəlmişdir. 2010-cu ildə Azərbaycan Texnologiya Universitetinə "Sənayenin təşkili və idarə edilməsi" fakültəsinə daxil olmuş və 2014-cü ildə təhsilini bitirmişdir. 20 ildən artıq bir müddətdə Proqramlaşdırma, Dizayn, SMM və SEO xidmətləri sahəsində praktika keçmiş və yüksək təcrübə qazanmışdır. Saglam.tv saytı yarandığı gündən fəaliyyətində qatqıları olmuşdur.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close