UTANCAQ UŞAQLARLA NECƏ DAVRANMALI?

UTANCAQ UŞAQLARLA NECƏ DAVRANMALI?

Utancaq uşaqlar başqaları ilə əlaqə qurmaqda çətinlik çəkir və sosiallaşa bilmirlər. Utancaqlıq zəif həddə başqalarından qorxmaq anlamına gəlir. Ancaq bu qorxu sosial fobiyası olanlardakı qədər şiddətli deyil.

Utancaq uşaq özünü sosial mühitdə gərgin və narahat hiss edir. Reaksiyası susqun və təmkinli olur. Münasibət qurmaq istəyir ancaq cəsarəti çatmır. Utancaqlıq yeni bir mühitə qarşı təbii bir davranışdır və uşaq yeni tanış olduğuna təmkinli davranaraq özünü qoruyur.

İçinə qapanıq uşaqlar (introvert) çölə dönük uşaqlardan (extravert) daha çox sıxıla bilirlər, ancaq içinə qapanan uşaqla utanan uşaq bir-birindən fərqlidir. İçinə qapanan uşaq: kitab oxumağı, çöldə oynamağı istəyərək edir. Utancaq uşaq isə çöldə oynamağı istəyir ancaq buna cəsarət edə bilmədiyi üçün evdə oturub kitab oxuyur.

Müəyyən inkişaf mərhələlərində utancaqlıq təzahür edir. İlk olaraq 8-9 aylıq körpələr tanımadığı şəxslərdən qorxmağa başlayırlar. İnsan həyatında bu utancaqlığın ilk nümunəsidir. Uşaq bu mərhələdə tanımadığı ilə tanıdığını ayırd edə bilir.

Uşaq evdə yaxınları ilə çox rahat danışarkən məktəbdə heç danışmırsa bu selektiv mutizmlə bağlıdır. Selektiv mutizm olan uşaq yad mühitlərdən və yad insanlardan həddən artıq qorxduğu üçün həddən artıq utancaqlıq səbəbindən danışmaz və bədən dili ilə istədiyi bildirər. Ümumilikdə 3-5 yaş arası və daha çox qız uşaqlarında rast gəlinir. Bu uşaqlarda dil inkişafında problem yoxdur. Bu problem öz-özündən keçməz və gözlədikcə daha da ciddiləşir. Bu zaman ailə mütləq bir mütəxəssisdən yardım almalıdır.

 

Utancaq uşağa dəstək olacaq tövsiyələr:

Uşağınıza utancaq olduğunu deyərək kompleksə salmayın

Uşağınızı yeni və bilmədiyi mühitlərə hazırlayın. Əvvəlcədən hara gediləcəyi və orada kimlərin olacağını deyin

Uşağınız utancaq qaldığında məcbur etmeyin, əsəbləşməyin ve çox  üstünde durmayın. Temkinli bir formada olduğunu qəbul edin ve mühitə alışması üçün ona zaman verin

Valideynin utancaq davranışları uşağın utancaqlığını artırır. Sizin yad insanlarla rahat münasibət qurmağınız uşaq üçün önəmli bir model olmalıdır

Uşağınızı maraqlandıraraq ve cəsarətləndirərək dəstəkləyin. Ona əyləncəli gəzintilərinizdən və əldə etdiyiniz dostlardan bəhs edin. Özünün hara getmək istədiyini soruşun

Uşağınızı həddən artıq qorumayın ve gərəkdiyindən çox yardım etməyin. Kiçik qorxuların öhdəsindən özünün gəlməsi üçün fürsət verin.

Uşağınızdakı sosial bacarıqları kəşf edin və onu tərifləməyə çalışın, onun güclü  tərəflərini dilə gətirin.

 

 

 

Gencaile.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.