Qatığın hamilə qadına və körpəyə xeyri

Qatığın hamilə qadına və körpəyə xeyri

Qatıq qidalar arasında protein və kalsium qaynaqlarından hesab olunur. Bu qida hamiləlikdə anaya və körpəyə olduqca xeyirlidir.

Qatıq ana bətnindəki dölün beyin, sümük, diş köklərinin yaranması və böyüməsi üçün lazımlı olan kalsimla zəngindir. Ana olacaq xanımlar üçün kalsium qəbulu çox böyük önəm daşıyır. Xüsusən də hamiləliyin 3-cü ayında uşağın skeletinin yaxşı yaranması üçün kalsium qəbulu olduqca vacibdir. Bu dönəmdə yetərincə kalsium qəbul etməyən ana gələcəkdə sümük əriməsiylə nəticələnən osteoropoz xəstəliyi ilə qarşılaşa bilər. Eyni zamanda kalsium əzələ, beyin,  ürək və sinir sisteminin fəaliyyətlərini yerinə yetirməkdə, qan laxtalanması və enzomatik fəaliyyətlərin yerinə yetirilməsində problemlərin qarşısını alır.

Qatıq hamiləlik dönəmidə rastlanan  böyrək daşı, bağırsaq xərçəngi, təzyiq, astma, diş çürüməsi və sümüklərin əriməsi problemlərinin qarşısını almaqda faydalıdır. Xüsusən səhər yeməklərində qatıq yeyən hamilə qadınlar qəbizlik problemilə rastlaşmır. Qatıq bağırsaqdakı mikrob hüceyrələrinin yaraanmasının qarşısını alır. Qadınlar gün ərzində 1000 -1200 milliqram kalsium qəbul etməlidir. Bu miqdarın yarısını hər gün qəbul edilən 2-3 stəkan süd və qatıqla təmin etmək mümkündür.

 

 

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.