Narıngi haqqında bilmədikləriniz

Narıngi haqqında bilmədikləriniz

Narıngi 4 metrə qədər hündürlüyə yüksələ bilən həmişəyaşıl ağacın meyvəsidir. Narıngi ağacının yarpaqları sərt, sivri uca malik olub, kiçik ölçülü, ellips və ya yumurta formasında olur. Narıngi meyvələri 4-6 sm diametrə malik olub, narıncı rəngdə qalın və asan soyula bilən qabığa malik olur. Narınginin gözəl ətri və dadı olur.

Narınginin vətəni Çin və Koxinxin hesab edilir. Avropa ölkələrinə naringi XIX əsrin əvvəllərində gətirilib. İndi İspaniyada, Əlcəzairdə, bütün Aralıq dənizi sahili ölkələrində, Çində, Fransada, Yaponiyada geniş miqyasda narinci yetişdirilir. MDB ölkələrinə əsasən naringi əsasən Argentinadan, Çindən gətirilir. Bizim ölkmizin də Cənub bölgəsində yetərində naringi yetişdirilir. Ən yaxşı naringi növü böyük ölçüyə malik olan naringilər hesab edilir. Ondan daha şirəli, daha dadlı olurlar.  Narıngini dərdikdən sonra ev şəraitində 1 ay saxlamaq mümkündür. Soyuducuda isə onun uzun müddət saxlanılması mümkündür.

Narınginin tərkibi təbii turşularla zəngindir. Onun şirəsinin tərkibində limon və digər meyvə turşuları, vitaminlər (A, D, K, B4, tiamin, ribofllvin, rutin, askorbin turşusu), fitonsidlər var. Narınginin qabığı efir yağları ilə zəngindir. Bu yağların tərkibində çoxlu A vitamini və karotin, naringiyə sarı rəng verən maddələr var. Naringinin tərkibi kalium, kalsium, maqnium, dəmir, fosfor və natriumla zəngindir. 100 qram naringidə 55-57 qram su və 53 kkalori var. Narıngi qiymətli dietik məhsul hesab edilir. O maddələr mübadiləsini yaxşılaşdırır, davamlı olaraq yedikdə orqanizmi möhkəmləndirir. Narıngidən salatların, şirniyyatların, desertlərin hazırlanmasında geniş istifadə edilir. Ondan hazırlanan içkilər və konfetlər isə dünanın hər yerində süfrələrin bəzəyidir. Narıngini yeyərək siz, orqanizminizi möhkəmləndirə bilərsiniz.

Naringini çox yedikdə bəzən mədə-bağırsağın selikli qişasında və böyrəklərdə qıcıqlanmalar meydana çıxır. Bu ən çox mədə-bağırsaq yarasından əziyyət çəkən xəstələrdə baş verir. Kəskin nefrit, kəskin pankreatit xəstəliyindən də əziyyət çəkənlərə də naringi yemək məsləhət deyil. Allergiyadan da əziyyət çəkənlərə çoxlu miqdar naringi yemək məsləhət deyil.

 

 

immunitet.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.