Bu virus hamiləliyin düşmənidir

Bu virus hamiləliyin düşmənidir

Sitomeqalovirusun adı az eşidilsə də, müasir dövrdə tez-tez rast gəlinən virusdur. Bu virus hər bir insanın orqanizmində uşaqlıq dövründən mövcuddur. Virus özünü daha çox hamiləlik zamanı büruzə verir. Sitomeqalovirus herpes ailəsinə aid olub, çox təhlükəlidir. Yer üzündəki insanların 80 faizində sitomeqalovirus var.

Bu virus tibb elminə 1956-cı ildən məlumdur. Amma onun nə səbəbdən meydana gəldiyi və birdəfəlik müalicəsi hələ də öyrənilməyib.

Hamiləlik zamanı virus cift vasitəsilə körpəyə keçə bilər. Bu isə körpədə inkişaf geriliyi, göz zəifliyi, eşitmə itkisi, qaraciyər və dalaqda böyümə, anemiya, sarılıq, diş anomaliyaları, sümük deformasiyası kimi xəstəliklərin yaranmasına səbəb olur. Virus nəticəsində yaranan bu problemlərin əksəriyyəti doğumdan dərhal sonra müşahidə edilsə də bəzi fəsadlar körpə böyüdükdən sonra ortaya çıxır. Belə körpələr əsasən azçəkili doğulurlar.
Sitomeqalovirus orqanizmdə daim qalır. Müalicə yaxşı aparılarsa, körpəyə virusun yoluxması 1 faiz ola bilər. Onun tamamilə təmizlənməsi mümkün deyil.

Virusun yoluxma səbəbləri:
· Tüpürcək
· Sidik
· Nəcis
· Hava-damcı yolu
· Ana südü
· Vaginal ifrazat
· Sperma
· Cinsi əlaqə
· Qan nəqli
· Yuyulmayan meyvə

Əlamətləri:
Virus çox vaxt əlamətsiz ötüşür. Əlamətlər daha çox hamiləlik dövründə özünü göstərir:
· Yüksək hərarət
· Boğaz ağrısı
· Limfa vəzilərinin şişməsi
· Oynaq ağrıları
· İmmunitetin aşağı düşməsi

Müalicəsiz qalan virus:
İnfeksiyanın müalicə edilməməsi hamiləliyin vaxtından tez pozulmasına, güclü baş ağrılarının yaranmasına, yaddaşın zəifləməsinə gətirib çıxarır.

Diaqnoz:
Hamiləlikdən əvvəl qadın yoxlanmalı, virusun ağırlıq dərəcəsi aşkarlanmalıdır. Qanda anticismin səviyyəsi ölçülür. Qana seroloji reaksiyalar qoyulur. Sitomeqalovirus peyvəndsiz, təsirli bir müalicəsi aşkarlanmayan virusdur. Buna görə də gigiyena qaydalarına riayət etməli, cinsi yolla yoluxma ehtimalı olan xəstəliklərə qarşı tədbir görülməlidir. Belə anaların körpəyə süd verməsi də məsləhət deyil.

Virusun xalq təbabəti ilə müalicəsi:
Kəklikotu, ladan ağacının yarpaqları, çayır düyməsi kökü, pişikdili, tozağacı tumurcuğu və boymadərəndən eyni miqdarda ayırıb, qarışdır. Qarışıqdan 2 xörək qaşığı götürüb, yarım litr qaynar suya töküb, vam oda qoy. 5 dəqiqə qaynatdıqdan sonra götür. Gecə qabı qalın odeyala büküb, səhərə kimi saxla. Bu qarışıqdan gündə üç-dörd stəkan içmək məsləhətdir.

Biyan kökü, qızılağac qozası, qurudulmuş çobanyastığı çiçəyi, pişikdili və maral kökündən eyni miqdarda götür. Qarışdırdıqdan sonra 2 xörək qaşığı miqdarında ayırıb, yarım litr qaynar suya töküb, bir gecə saxla. Gündə üç dəfə, yeməkdən yarım saat əvvəl bu qarışıqdan 0,5 stəkan içmək orqanizmdəki virusları təmizləyəcək.

Gülxətmi, gördəvər, moruq yarpağı, andız və biyan kökündən eyni miqdarda götür. Qarışıqdan 1 xörək qaşığı ayırıb, 0,5 litr qaynar suya töküb, bir gecə termosda saxla. Gün ərzində üç dəfə yeməkdən yarım saat əvvəl məlhəmdən 0,5 stəkan iç.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.